Modern.az

Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir

Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir

14 İyun 2013, 10:43

Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir. APA
-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  təşkilatçılığı ilə keçirilən qurultay “İnkişaf naminə birlik” devizi altında təşkil olunub. 

Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarətdir.

Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edir.

Qurultaya Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər də qatılıblar.

Tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açaraq, iştirakçıları salamlayıb.

Sonra Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Qurultayda işçi orqanlarının tərkibinə, Katiblik komissiyasına, Mandat komissiyasına və Redaksiya komissiyasına üzvlər seçiləcək.

Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq, qurultayın qətnaməsi qəbul olunacaq.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama