Ukraynadan Rusiyaya qaçırılan uşaqlara kimlərin zorakılıq etməsi ilə bağlı araşdırmanın nəticələri müəyyən edilib.
Modern.az xəbər verir ki, bu barədə "Insider" nəşri məlumat yayıb.
Bildirilib ki, Ukraynadan çıxarılan uşaqlara qarşı zorakılıq tətbiq edənlərdən biri də Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlılarının keçmiş əməkdaşı, 2014-cü ildə Viktor Yanukoviçin inqilabla devrilməsindən sonra Rusiyaya qaçmış Valeri Astaxovdur. Xilas olunmuş uşaqlar özləri onu fotoşəkillərdən tanıyıblar.
Qeyd olunub ki, 2014-cü ildən uşaqları Astaxov artıq Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərindən Rusiya Federasiyasının Rostov vilayətinə aparıb.