Modern.az

Sırski Baxmutda: Bütün ssenarilərə hazırlaşırıq

Sırski Baxmutda: Bütün ssenarilərə hazırlaşırıq

27 Mart 2023, 11:00

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətində ən qaynar döyüşlərin getdiyi nöqtələrə baş çəkib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, bütün ssenarilər üzrə hazırlıq işlərinin getdiyini vurğulayıb.

 

"Baxmutun müdafiəsi hərbi zərurətdən irəli gəlir və şəhərin müdafiə imkanlarından bacarıqla istifadə edilməsinə, ucaldılmış istehkamlara və təchiz edilmiş atəş strukturlarına əsaslanır. Manevrlər şəhəri müdafiə etməyə imkan verdi. Biz hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri hesablayırıq və mövcud vəziyyətə adekvat davranacağıq”, - deyə Sırski bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI