Modern.az

Volqaqrad yenidən Stalinqrad adlanacaq? - Referendum

Volqaqrad yenidən Stalinqrad adlanacaq? - Referendum

27 Mart 2023, 11:36

Rusiyanın Volqoqrad şəhərində yaşayış məntəqəsinin adının Stalinqrad olaraq dəyişdirilməsi ilə bağlı referendum keçirilə bilər.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məsələ illərdir müzakirə olunur.

 

Stalinin adının şəhərə qaytarılması ideyası hələ 2013-cü ildə, Stalinqrad döyüşündəki qələbənin 70-ci ildönümünü qeyd edilərkən səsləndirilib.

 

Lakin Volqoqrad sakinləri arasında bu məsələdə birmənalı fikir yoxdur. Belə ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin fevral ayına olan məlumatına görə, Volqoqrad sakinlərinin 67%-i şəhərin adının Stalinqrad adlandırılmasının əleyhinədir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI