İranda növbəti prezident seçkilərinə start verilib. Modern.az-ın məlumatına görə, Azərbaycanda yaşayan İran İslam Respublikasının vətəndaşları da Bakıda səs verməyə qatılırlar.
Belə ki, səsvermə İran səfirliyinin 2 saylı binasında yəni, konsulluq şöbəsində keçirilir. Səsvermyəə saat 08:-dan başlanıb.
Qeyd edək ki, İranda hazırda davam edən prezident seçkilərinə Azərbaycanda fəaliyyət göstərən İranın diplomatik nümayəndələri və turistlər iştirak edirlər. Səsvermə axşam saatlarına kimi davam edəcək.
Modern.az