Fransanın paytaxtı Parisdə mədəniyyət sektoru işçiləri mübahisəli pensiya islahatına qarşı etiraz aksiyası keçirib.
Modern.az xəbər verir ki, etirazçılar Luvr Muzeyinin girişlərini bağlayıb.
Ümumi İş Birliyi (CGT) daxilindəki mədəniyyət işçiləri əllərində birlik bayraqları ilə muzeyin həyətindəki piramidanın qarşısına toplaşıblar.
Muzeyin qapıları qarşısından keçərək girişləri kəsən izdiham “Biz geri çəkilməyəcəyik” sözləri yazılmış plakatlar qaldırıblar.
Qeyd edək ki, martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.