Modern.az

Peşə məktəblərinə sənəd qəbulunun vaxtı açıqlandı

Peşə məktəblərinə sənəd qəbulunun vaxtı açıqlandı

14 İyun 2013, 11:08

 “İlk peşə-ixtisas təhsili müəssisələrinə sənədlərin qəbuluna avqust ayında başlanılması nəzərdə tutulur”. Bu barədə Təhsil Nazirliyi tərəfindən Modern.az-ın sorğusuna cavab verilərkən qeyd edib. Bildirilib ki, hazırda respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində  30343 nəfər təhsil alır.

“Onlardan 21909 nəfəri (72.2%) oğlan, 8434 nəfəri (27.8%) isə qızdır”.

Nazirlik eyni zamanda ilk peşə ixtisası üzrə ən çox müraciət edilən sahələri də açıqlayıb. Belə ki, müraciət edənlər daha çox  “Mühasibat işi”, “İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti”, “Kənd təsərrüfatı nəqliyyatına və elektrik avadanlığına xidmət”   kimi ixtisaslara üstünlük verirlər.

Amma “Arıçılıq”,  “İnteryer və eksteryerin bədii tərtibatı”  və “Quyuların təmiri” isə ən az müraciət edilən ixtisaslardır.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama