Modern.az

Mədət Quliyevin yeni müavini kimdir? - DOSYE

Mədət Quliyevin yeni müavini kimdir? - DOSYE

27 Mart 2023, 12:44

Müdafiə sənayesi naziri Mədət Quliyevə yeni müavin təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 15-də sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini vəzifəsinə Vüqar Valeh oğlu Mustafayev təyin edilib.

 

Qeyd edək ki, yeni nazir müavini Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.

 

2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment (fərqlənmə)

 

2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı

 

2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib.

 

2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

 

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

 

Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.

 

2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.

 

2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb:

 

2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

 

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

 

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

 

Ailəlidir. İki övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı