Modern.az

Məşhur milyarder yenidən Çinə qayıtdı

Məşhur milyarder yenidən Çinə qayıtdı

İqtisadiyyat

27 Mart 2023, 13:04

Məşhur çinli milyarder, "Alibaba" elektron ticarət platformasının qurucusu Cek Ma martın 27-də ölkəsinə qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Alibaba"nın sahibi olduğu "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.

 

Milyarder Çinin Hançjou şəhərində 2017-ci ildə özünün təsis etdiyi məktəbə baş çəkib. 

 

Qey edək ki, Çinin ən tanınmış sahibkarlarından biri olan Cek Ma 2021-ci ilin sonlarında ölkəni tərk edib və o vaxtdan bəri Yaponiya, Avstraliya və Tailandda yaşayıb.

 

Bir zamanlar ölkənin ən məşhur iş adamlarından biri olan Cek Ma 2020-ci ilin sonlarında Çinin iqtisadi sistemini tənqid edib və bundan sonra Çin hökumətinin ittihamlarına məruz qalıb.

 

Cek Manın Çinə qayıtmasından sonra "Alibaba"nın səhmləri 4% bahalaşıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi