Modern.az

Akar deputatlığa namizəd olacaq? - Özü açıqladı

Akar deputatlığa namizəd olacaq? - Özü açıqladı

27 Mart 2023, 13:12

Türkiyənin milli müdafiə naziri Hulusi Akar deputatlığa namizəd olub-olmayacağı məsələsinə aydınlıq gətirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, jurnalistin bu barədə sualını kazarmada cavablandırıb.

 

"Hazırda sərhəd bölmələrinin kazarmasındayıq, burada əsgərlərlə birlikdəyik. Bura siyasi dəyərləndirmələrin aparılacağı yer deyil. Siyasi mövzular başqa yerlərdə zamanı gələndə müzakirə olunar", - deyə nazir bildirib.

 

Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri 14 mayda keçiriləcək. Ərdoğan hökumətinin bir sıra nazirləri hakim partiyanın proporsional siyahılarından deputatlığa namizəd kimi irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI