Almaniyada son 30 ildə ən böyük dəmir yolu və hava daşıyıcılarının tətili keçirilir.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, genişmiqyaslı tətil bir sıra ölkələrdə hava limanlarında uçuşların ləğvinə, qatarların və digər nəqliyyat vasitələrinin hərəkətinin dayandırılmasına səbəb olub.
Təşkilatçılar həmkarlar ittifaqlarıdır. İşçilərin maaşlarının 10-12 faiz artırılmasını və ayda ən azı 500-650 avro tələb edilir.
Hazırda Hamburq, Hannover, Dortmand, Drezden, Düsseldorf, Leypsiq, Münhen, Nürnberq, Frankfurt-Mayn, Ştutqart, eləcə də Köln-Bonn hava limanlarında demək olar ki, bütün reyslər ləğv edilib.
Tətilin günlərlə davam edəcəyi gözlənilir.