Modern.az

Ukraynada “Taxıl sazişi” ilə bağlı korrupsiya şəbəkəsi İFŞA OLUNDU

Ukraynada “Taxıl sazişi” ilə bağlı korrupsiya şəbəkəsi İFŞA OLUNDU

27 Mart 2023, 13:32

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) "taxıl sazişi" ilə əlaqəli korrupsiya sxemi aşkar edib.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, UTX Odessa vilayətindəki Dövlət Qida və İstehlak Xidmətinin yerli şöbəsində əməliyyat keçirib.

 

Korrupsiya sxeminin iştirakçıları sövdələşmə çərçivəsində ixracla məşğul olan şirkətlərin nümayəndələrindən pul tələb ediblər. Rüşvət müqabilində məhsullar üçün fitosanitar sertifikatlarının maneəsiz alınmasına zəmanət verilib. Qanunsuz ödənişi ödəməkdən imtina edənlər isə bürokratik prosedurların uzadılması ilə hədələnib.

 

UTX rüşvətin ötürülməsində iştirak edən vasitəçinin təxminən 400 000 qrivna ekvivalentində alınmasının iki epizodunu sənədləşdirib.

 

Hazırda araşdırmaların davam etdiyi qeyd olunub.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI