Avropa İttifaqı Moldova oliqarxlarına qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Oliqarxlar Moldovada sabitliyin pozulmasına kömək etməkdə ittiham olunur.
Məlumata görə, Avropa rəsmiləri ayrı-ayrı şəxslərə qarşı sanksiyaların tətbiqinə imkan verəcək hüquqi bazanın yaradılması üzərində çalışırlar. Belə ki, iyunda Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitinə qədər sanksiyalar üzərində iş yekunlaşa bilər.
Nəşrin məlumatına əsasən bir neçə ölkə bu təklifi dəstəkləyib.