ABŞ prezidenti Co Bayden administrasiyası rekord məbləğdə hərbi büdcə layihəsini təqdim edəcək. Bu vəsait Çinə qarşı mübarizəyə yönəldiləcək.
Modern.az xəbər verir ki, bu barədəABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley bildirib.
“Təqdim olunacaq layihə Çinlə strateji rəqabətimizin strategiyasına və ciddiliyinə diqqət yetirir. Çin bizim uzunmüddətli geostrateji təhlükəsizlik problemimiz olaraq qalır. Bu, bizi mübarizəyə hazırlayır”, - deyə Mark Milli vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın hərbi büdcəsinin rekord həddə, yəni 886 milyard ABŞ dollarına çatacağı gözlənilir.