Modern.az

TQDK son buraxılış imtahanından qovulan məzunların sayını açıqladı

TQDK son buraxılış imtahanından qovulan məzunların sayını açıqladı

14 İyun 2013, 12:15

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) tərəfindən iyunun 12-də keçirilən növbəti buraxılış imtahanlarının cavabları bu gün açıqlanacaq. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, gün ərzində imtahanın nəticələri açıqlanacaq.

E. Nağızadə eyni zamanda mobil telefon keçirmə və köçürməyə cəhdə görə 30 nəfərin imtahandan xaric edildiyini bildirib. “11-ci siniflər üzrə 18 nəfər xaric edilib ki, bunlardan 8-i mobil telefon keçirməyə, qalanları isə köçürməyə cəhd edib. 12 nəfəri isə 9-cu siniflər üzrə xaric edilib”.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama