Modern.az

Ukraynaya Qərb tankları verildi 

Ukraynaya Qərb tankları verildi 

Dünya

27 Mart 2023, 19:46

Almaniya Ukraynaya 18 ədəd "Leopard 2" döyüş tankı göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

 

Ukraynaya, həmçinin 40-a yaxın “Marder” piyada döyüş maşını verilib.

 

Məlumata görə, tanklar Ukrayna sərhədində təhvil verilib. Maşınlardan bəziləri artıq döyüş bölgəsinə aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI