Modern.az

Milli Şuranın Avropa ölkələrində şöbələri yaradılır

Milli Şuranın Avropa ölkələrində şöbələri yaradılır

14 İyun 2013, 12:25

Bir neçə gün öncə ideya müəllifi Rüstəm İbrahimbəyov olan və yeni yaradılmış Milli Şuranın beynəlxalq fəaliyyəti ilə bağlı KİV-lərdə məlumat yayılıb. Qeyd olunur ki, Milli Şuranın Ukrayna nümayəndəliyi yaradılacaq. Ümumiyyətlə, perspektivdə Milli Şura hansı ölkələrdə öz şöbələrini yarada bilər? Bu barədə Modern.az-a danışan “El” Hərəkatının Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev bildirib ki, məsələ gündəmdədir. “Dünyanın bir çox ölkəsində artıq demək olar ki, Milli Şuranın təmsilçiləri var. Ukraynada, Almaniyada, Fransada, Türkiyədə, ABŞ-da, Gürcüstanda və başqa ölkələrdə təmsilçiliyimiz yaradılacaq”.

Eldəniz Quliyev qeyd edib ki, bu mövzu ətrafında Milli Şuranın növbəti iclasında müzakirələr olandan sonra mətbuata da açıqlama veriləcək. “El” rəsmisi onu da əlavə edib ki, Milli Şuranın yerli şöbələrinin də açılması da gözlənilir və bu məsələlərlə bağlı tezliklə qərar çıxardıla bilər.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama