Modern.az

ABŞ bütün ərazilərin Ukraynaya qaytarılmasını istəyir

ABŞ bütün ərazilərin Ukraynaya qaytarılmasını istəyir

Dünya

27 Mart 2023, 21:29

Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə son qoymaq şərtləri ilə bağlı daha sərt mövqe tutmağı düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

 

Qeyd olunub ki, Vaşinqton bütün itirilmiş ərazilərin Kiyevə qaytarılmasını istəyir.

 

“Məqsəd Ukraynanın suverenliyini və müstəqilliyini təmin etməkdir və bu, ərazinin qaytarılması demək olacaq”, - ABŞ administrasiyasındakı yüksək vəzifəli şəxs nəşrə bildirib.

 

Həmin şəxsin sözlərinə görə, Vaşinqton “Ukraynanın müstəqil demokratik ölkə kimi sağ qalmasına kömək etmək üçün” Kiyevi dəstəkləmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI