Modern.az

Xamnei iranlıları səs verdikləri namizədi gizli saxlamağa çağırıb

Xamnei iranlıları səs verdikləri namizədi gizli saxlamağa çağırıb

14 İyun 2013, 12:27


Bu gün İranda 11-ci prezident seçkiləri keçirilir. Modern.az-ın məlumatına görə, 50 milyondan səsvermə hüququ olan iranlı ölkənin 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verəcək.
4 il müddətinə seçiləcək İranın yeni prezidenti 6 namizəddən biri olmalıdır. Bunlar Səid Cəlili, Əli Əkbər Vilayəti, Məhəmmədbağır Qalibaf, Həsən Ruhani, Möhsün Rzayi, Məhəmməd Qərəzidir.

İranın ali dini lideri ayətulla Xamnei bu səhər ən birinci səs verənlər arasında olub.
Dini lider səs verməyə hüququ olan hər bir iranlının səsvermədə iştirak edəcəyini ümid etdiyini söyləyib. O həmçinin məsləhət görüb ki, hər kəs səsini hansı namizədə verdiyini gizli saxlasın. Xamnei söyləyib ki, insanlar hətta öz ailə üzvlərinə belə, kimə səs verdiklərini deməsinlər.

Son məlumatlara görə, ölkədə səsvermə prosesi hələ ki stabil vəziyyətdə davam edir.

Günəş FƏRHADLI  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama