Qarşıdakı bir neçə il ərzində Almaniya Ukraynaya hərbi yardımını 3 milyard avrodan 15 milyard avroya çatdırmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.
Qeyd olunub ki, Ukraynanın 40-a yaxın Fransa istehsalı olan müasir "Mirage 2000-9" qırıcısı alacağı barədə də məlumatlar var.
Almaniyanın müdafiə naziri Boris Pistorius isə Ukraynaya tədarük edilən "Leopard 2" tankları haqqında danışıb: "Söz verildi və çatdırıldı".
Nazir bəyan edib ki, Almaniya tankları döyüş meydanında həlledici rol oynayacaq: "Bizə güvənə bilərsiniz".