Modern.az

Rövnəq Abdullayev yeni əmr imzaladı

Rövnəq Abdullayev yeni əmr imzaladı

14 İyun 2013, 13:19

2020-ci ildə futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Prezidentin 22 may 2013-cü il tarixi sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilatı işlərin təşkil edilməsi AFFA-ya həvalə olunub.

AÇ-2020-nin təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması üçün AFFA prezidenti Rövnəq Abdullayevin qərarı ilə İşçi Qrup yaradılacaq. Bu qrupun rəhbəri AFFA baş katibi Elxan Məmmədov təyin olunub.

Əmrin icrasına nəzarəti Rövnəq Abdullayev öz üzərinə götürüb.  
Abbas Qəmli
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama