“Milli Şuranın yaranması ilə Ziyalılar Forumunun fəaliyyətinin arxa plana keçməsi haqqında fikirlər qətiyyən həqiqətə uyğun deyil”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədri, Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev qurumun perspektivi ilə bağlı məsələni şərh edərkən bildirib. Onun sözlərinə görə, Ziyalılar Forumunun özünün ayrıca funksiyası var.
Forumun gələcəkdə iclaslarının keçirilməsinə də toxunan Eldəniz Quliyev qeyd edib ki, məsələ gündəmdədir. “Bilirik ki, Ziyalılar Forumunun bir çox üzvü xaricdədir. Onlar Azərbaycana qayıtdıqdan sonra heç şübhəsiz iclas keçiriləcək. Ziyalılar Forumu Milli Şuranın yaranmasını da çox əhəmiyyətli bir hadisə hesab edir”.
Aqşin Kərimov