Milli Məclisin deputatı Məlahət İbrahimqızı Türkiyədə günlərdir davam edən Gəzi hadisələri barədə Modern.az-a fikirlərini bildirib. Qardaş ölkədə kütləvi etirazların getdikcə sakitləşdiyini deyən M.İbrahimqızı Türkiyədə baş verən hadisələrə təəssüf etdiyini bildirib.
“Damarında türk qanı axan heç bir türk elə etməz..”
“Hesab edirəm ki, bugun taksim Gezi Parkinda baş verən olaylarda, nece deyərlər sular durulmağa doğru gedir. Çox təəssüf ki, sular durulduqca Taksimdə bir neçə ağacın kəsilməsinə etiraz əlaməti kimi, başlayan mitinqin məqsədi tam aydın olur. Artıq sular o qədər durulmuş ki, bu qüvvələrin hansı qüvvələr olması belə belə məlumdur. Son illər Turkiyənin bir bölgə lideri olmağını, dünyanın ən inkişaf etmiş və ən demokratik dövlətləri cərgəsinə daxil olmasını dünyanın bəzi gücləri heç cürə qəbul edə bilmirlər. Hətta bir sıra hallarda bu niyyətlərini gizlədə də bilmirlər. Sözsüz ki, bugün elə Azərbaycana qarşı da ikili standartlar tərbiq edən bu qüvvələrin hər iki ölkənin bu nailiyyətlərini həzm edə bilməmələri aydın görünür. Taksimdəki olayları bütün dünya çox diqqətlə izləyir. Mənim də izlədiyim məqamlardan biri də separatizmə dəstək verən, hər zaman Türkiyənin torpaqlarına və sözdə soyqırım iddialı olan və Azərbaycanın 20 faiz torpağını işğal edən bir qrup separatçı ermənilərin də bu fürasətdən necə məharətlə istifadə etməsinin Taksim olaylarında şahidi olduq. Taksimdə seyr etdiyimiz o kadrlardan bir daha məlum oldu ki, damarında türk qanı axan heç bir türk elə etməz”-deyə millə vəkili qeyd edib.
Deputat Taksim olaylarının şişirdilməsində mətbuat qurumlarını qınayıb.
“Biz türk xalqının ədalətinə inanırıq”
“Çox təəssüf doğuran məsələlərdən biri də hər zaman Azərbaycana və Türkiyəyə qərəzlilik nümayiş etdirən dünyanın bəzi mediyalarında Taksimdəki olayların bu mediya sahiblərinin öz çirkin niyyətlərini və maraqlarını gizlədə bilməmələri hər bir xəbərlərdə aydınca işıqlandırılırdı. Taksimdə baş verənlərin əsil səbəbləri aydın olur. Bugünlərdə Böyük Səkkizlərin Samiti öncə baş verən kütləvi mitinqlərdə iştirak edın insanlara qarşı dünyanın gözü qarşısında həyata keçirilən çox təhlükəli metodları seyr etdikcə Türkiyədə bü gün baş verən proseslərin nədən xəbər verildiyi hər kəsə məlum olur. Görünür həmin mediya təmsilçiləri bu hadisələrdən bixəbərdirlər. Türkiyə çoxəsirlik dövlətçilik ənənəsi olan və çox demokratik və eyni zamanda tolerant bir toplumu olan bir ölkədir. İnşallah mən əminəm ki, ən yaxın zamanda bütün proseslər yoluna düşəcəkdir. Belə qərəzlılik nümayiş etdirən və heç cürə Türkiyənin inkişafını gözü götürməyən qüvvələr tezliklə özləri özlərini ifşa edəcəklər. Biz türk xalqının ədalətinə inanırıq”.
Modern.az