Modern.az

Əsədin kimyəvi silahdan istifadə etdiyi təsdiqləndi - Ağ ev hərəkətə keçir

Əsədin kimyəvi silahdan istifadə etdiyi təsdiqləndi - Ağ ev hərəkətə keçir

14 İyun 2013, 15:50

Son məlumata görə, Ağ ev rəsmi olaraq prezident Barak Obamanın Suriya müxalifətinə dəstək qərarını təsdiqləyib.
Modern.az xarici KIV-lərə istinadən xəbər verir ki, bu qərara prezident Obama ABŞ kəşfiyyatının aşkarladığı bir məlumatdan sonra gəlib.
Kəşfiyyat məlumatına əsasən, Suriya höküməti üsyançılara qarşı kimyəvi silahlardan istifadə edir.
Bu məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə katibi Ben Rods verib.
Jurnalistlər qarşısında öz çıxışında Ben Rods həmçinin də bildirib ki, ekspertlərin hesablamalarına görə, kimyəvi silahın istifadəsi nəticəsində 150 nəfər adam ölüb.
Kəşfiyyatdan gələn bu məlumat ABŞ-la həmkar olan bütün ökələrə, həmçinin də Rusiyaya bildirilib.
“Biz ABŞ-la müttəfiq olan bütün ölkələrə və həmçinin Rusiyaya bununla bağlı məlumatı və öz rəyimizi bildirmişik”-deyə Ben Rods söyləyib.

Günəş FƏRHADLI 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama