Modern.az

Abbas Abbasov prezident İlham Əliyevə məktub yazdı

Abbas Abbasov prezident İlham Əliyevə məktub yazdı

Təhsil

14 İyun 2013, 16:38

“Rusiya ilə konstruktiv əməkdaşlığın gücləndirilməsini arzulayıram”

   

Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos") Ağsaqqallar Şurasının sədri, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Modern.az saytı bildirir ki, prezidenti 15 iyun - Qurtuluş günü münasibətilə təbrik edən A. Abbasov yazıb ki, “Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycan xalqının qurtuluşu olub".

“Onun rəhbərliyi altında Azərbaycan bir çox ölkələrlə, o cümlədən Rusiya ilə sağlam münasibətlərin yaradılması kursunu götürdü. Heydər Əliyev tarixə ümummilli lider kimi daxil oldu”.

Daha sonra prezident İlham Əliyevə xitab edən A.Abbasov qeyd edib: “Sizə və Azərbaycan xalqına hər şeydən əvvəl sabitlik, əmin-amanlıq, erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarının geri qayıtmasını arzulayıram”.

Məktubun sonunda A.Abbasov Rusiya ilə münasibətlər barədə də arzusunu qeyd edib:

“Mən milyonlarla azərbaycanlı üçün ikinci vətən, yaxın qonşu olan Rusiya ilə yaxın, məhsuladar konstruktiv əməkdaşlığın gücləndirilməsini arzulayıram” .
 

X. SƏFƏROĞLU 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi