“İrandan Azərbaycana seçkidə müşahidəçi qismində iştirak etmək üçün heç bir dəvət göndərilməyib”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, ümumiyyətlə İranda belə bir ənənənə mövcud olmadığından ölkədaxili müşahidəçilərin iştirakı nəzərdə tutulur.
“Azərbaycan Avropa Şurası və ATƏT-in üzvüdür. Həmin beynəlxalq təşkilatlar ölkəmizdəki seçkiləri müşahidə səlahiyyətinə malikdirlər”, – deyə müqayisə aparan deputat onu da əlavə edib ki, İran qapalı ölkə olduğundan Azərbaycandan kiminsə seçkilərdə müşahidəçi qismində çıxış etməsi üçün dəvət almamasında təəccüblü heç bir şey yoxdur.