Modern.az

Kanada Ukraynaya 2,4 milyard dollar kredit verəcək

Kanada Ukraynaya 2,4 milyard dollar kredit verəcək

29 Mart 2023, 08:10

Kanada bu il Ukraynaya Beynəlxalq Valyuta Fondu vasitəsilə 2,4 milyard Kanada dolları (1,77 milyard ABŞ dolları) kredit verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın CBC kanalı məlumat yayıb.

 

Kreditin verilməsi barədə təklif Kanada parlamentinə təqdim edilən yeni maliyyə ili (2023-cü ilin aprelindən 2024-cü ilin mart ayına qədər) büdcə layihəsinə daxil edilib.

 

Bundan başqa büdcədə Ukraynanın müdafiəsini gücləndirmək üçün əlavə iki milyard vəsait nəzərdə tutulub. Vəsait Ukrayna iqtisadiyyatının dəstəklənməsi, hərbi texnika, silah və sursatın alınması üçün istifadə ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI