Modern.az

Partiya sədrindən təklif: “Rafiq Əliyev Milli Şuranın vahid namizədi olsun”

 Partiya sədrindən təklif: “Rafiq Əliyev Milli Şuranın vahid namizədi olsun”

14 İyun 2013, 17:20

ADP sədri Sərdar Cəlaloğlu rəhbərlik etdiyi siyasi təşkilatın adından demokratik qüvvələrin Milli Şurası  ilə əlaqədar yeni açıqlama ilə çıxış edib.
Modern.az xəbər verir ki. onun açıqlamasında deyilir:  “Demokratik qüvvələrin Milli Şurası  Azərbaycan Prezidenti seçkilərində dünya şöhrətli alim və görkəmli ictimai xadim, professor Rafiq Əliyevi vahid namizəd kimi müəyyənləşdirərsə, ADP qeyd şərtsiz onu dəstəkləyəcək, xalqı onun ətrafında sıx birləşməyə çağıracaqdır. Hesab edirəm ki,  Rafiq bəy hamının qəbul edəcəyi və şəxsiyyəti heç bir sual doğurmayan, demokratiyaya keçid dövrü üçün ideal keyfiyyətlərə və siyasi təcrübəyə malik insandır. Ona görə də Milli Şura Rafiq Əliyevin namizədliyi ilə seçkilərə getdiyi təqdirdə bu quruma cəmiyyətin müxtəlif kəsimlərində yaranmış çoxsaylı suallara da aydınlıq gələ bilər və cəmiyyət daha yekdil bir şəkildə müxalifətin ətrafında birləşə bilər”.

Modern.az          
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama