Modern.az

Azərbaycanda xanım jurnalistin ailəsinə basqın təşkil olunub

Azərbaycanda xanım jurnalistin ailəsinə basqın təşkil olunub

14 İyun 2013, 18:08

Bu gün saat 16.00 radələrində Zərdab rayonunun bir qrup sakini "AzNews.az" saytının əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib.

Modern.az AzNews.az-a istinadlə xəbər verir ki, hücum edən şəxslər əsasən rayonun Alıcanlı kəndinin sakinləri olub. Onların sayının 30-dan çox olduğu bildirilir. Hücuma səbəb dünən saytda yayımlanan “Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir” başlıqlı yazı olub. Onlar bu hücumla xanım jurnalistindən qisas almaq istədiklərini söyləyiblər.

Bahar Rüstəmlinin ailəsindən bildirdilər ki, hücum planlı şəkildə həyata keçirilib. Basqınçılar jurnalistin ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər. Onlar ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən şəxs jurnalistin atasına onu tapança ilə öldürəcəyini deyib.
Digərləri isə bu gecə onun başını kəsəcəklərini bildiriblər.

Hadisə barədə artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verilib. Məsələ ilə bağlı Zərdab rayon Polis İdarəsinin rəisi Elnur Həsənova da məlumat verilib. Rəis bildirib ki, hadisə yerinə polis əməkdaşları göndərəcək.

Həmçinin, DİN mətbuat xidmətinə də məlumat verilib. Mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə bildirib ki, məsələ araşdırılacaq və qanuni tədbirlər görüləcək.

Məsələ ilə bağlı əlavə məlumatlar verəcəyik.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama