Modern.az

İlon Mask qızına \"Niyə?\" adını qoydu

İlon Mask qızına \

29 Mart 2023, 11:54

Amerikalı milyarder İlon Mask qızı Ekza Dark Saydrilin adını dəyişdirib.

 

Modern.az "Independent" nəşrinə istinadən xəbər verir ki, Mask qızına "Why?" (Niyə? - tərcümədə) adını verib.

 

Valideynlər övladına qısaca olaraq "Y" deyə səslənəcəklər.

 

Qeyd edək ki, kanadalı müğənni Qrayms və İlon Maskın qızdan başqa iki yaşlı oğlu var. Onlar oğullarına X Æ A-12 adını verib, lakin Kaliforniya qanunları adda rəqəmlərə icazə vermədiyi üçün uşağın adını X Æ A-Xii olaraq dəyişdiriblər. Qrayms və Elon oğullarına qısaca "X" deyirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI