Modern.az

“Türk gəncliyinin dostu” mükafatı təqdim olundu - FOTOLAR

“Türk gəncliyinin dostu” mükafatı təqdim olundu - FOTOLAR

Təhsil

14 İyun 2013, 18:36

“Türküstan” qəzetinin və “Ortaq Dəyərlər” İctimai Birliyinin təşəbbüsü, 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən “Türk dünyasına xidmət - 2012” rəy sorğusunun nəticələrinə görə 3 kateqoriya – mədəniyyət, təhsil və siyasət kateqoriyaları üzrə nominasiyaların təqdimatına başlanılıb. Dünən, Qafqaz Universitetinin təntənəli məzun törənində “Türk gəncliyinin dostu” mükafatı Çağ Öyrətim İşlətmələri Şirkətinə təqdim olunub.

Qeyd edək ki, mərasində təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, millət vəkilləri Fəttah Heydərov, Abel Məhərrəmov, Aydın Mirzəzadə, Musa Quliyev, Elton Məmmədov, çox sayda yerli və xarici qonaqlar, məzinların valideynləri iştirak ediblər.

“Türk gəncliyinin dostu” mükafatını və xüsusi diplomu “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özerenə “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal təqdim edib.

Mərasimdə məlumat verilib ki, türk dünyasının inteqrasiyasında və dünyada nüfuzunun artırılmasında xidmətləri olan şəxsiyyətləri, qurumların sorğu vasitəsilə müəyyən edilməsi və onların gördükləri işlərin təbliği üçün keçirilən sorğuya Dünya Türk Gənclər Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Xalqları Assambleyası, Dünya Uyğur Konqresi, Lider Qadınlar İctimai Birliyi, Kırım Türkləri Kültür və Yardımlaşma Dərnəyi, Qırğız Türkləri Yardımlaşma və Dayanışma Dərnəyi, Türküstanlılar Kültür və Yardımlaşma Dərnəyi, Kosova Qora Türkləri Kültür və Araşdırma Dərnəyi, Dünya Türkmən Birliyi, Dünya TuranDo Assosiyasiyası, Borçalı Cəmiyyəti, Makedoniya Türkləri Ufuk Dərnəyi dəstək veriblər.

 







Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi