Modern.az

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcək

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcək

29 Mart 2023, 13:18

İsrail vətəndaşları bu ilin sentyabr ayından etibarən ABŞ-a vizasız daxil ola biləcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də məlumat yayıb.

 

"Bu gün biz İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israillilərin ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” - Baş nazir bildirib.

 

O qeyd edib ki, bu ilin sentyabr ayında ABŞ-a giriş üçün viza tələb edilməyən ölkələr siyahısına İsrailin də qoşulması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI