Modern.az

Lerikdə sərnişin yük maşınından yıxılaraq öldü

Lerikdə sərnişin yük maşınından yıxılaraq öldü

Hadisə

29 Mart 2023, 13:14

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

 

Modern.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Höccətov Pərviz Tofiq oğlu hərəkətdə olan yük maşınının arxasından yıxılıb.

 

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

 

P.Höccətov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal