Modern.az

KTMT missiyasını sərhəddə yerləşdirməyə hazırıq - Rusiya XİN

KTMT missiyasını sərhəddə yerləşdirməyə hazırıq - Rusiya XİN

29 Mart 2023, 14:12

Ermənistan tərəfinin narahatlığı KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Departament rəhbərinin müavini Mixail Qaluzin RTVI-ya müsahibəsində bildirib.

 

"Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - deyə o qeyd edib.

 

XİN rəsmisi vurğulayıb ki, Moskva İrəvanın KTMT ilə bağlı zərərli müzakirələri dayandıracağını gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI