Modern.az

Ruslar Baxmutun 65% hissəsini ələ keçirib

Ruslar Baxmutun 65% hissəsini ələ keçirib

29 Mart 2023, 14:16

Rusiya son bir həftədə Ukraynanın Baxmut ərazisinin daha 5 faizini nəzarətə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

 

Bildirilib ki, şəhərin ərazisinin təxminən 65 faizi Rusiyanın nəzarəti altındadır.

 

İnstitutun ekspertləri Rusiya mənbələrinə və geolokasiya edilmiş videolara istinad edərək yazıblar ki, “Vaqner” qruplaşması cənubdan tam mərkəzə doğru irəliləyib.

 

Qeyd edək ki, uzun müddətdir döyüşlərin davam etdiyi Baxmut şəhərinin sahəsi 40 kv.km-dən bir qədər çoxdur. Ukrayna şəhərin müdafiəsinin davam etdirilməsinə qərar verib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI