Modern.az

Gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir - İranlı nazir

Gərginlik nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir - İranlı nazir

29 Mart 2023, 15:26

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Qafqaz regionundakı vəziyyətdən danışıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bu mövzuya toxunub.

 

"Gərginlik heç bir tərəfin xeyrinə deyil, nə Azərbaycanın, nə də Ermənistanın. Bölgədəki məsələlərin güc tətbiq etmədən həlli üçün 3+3 (Rusiya, Türkiyə, İran + Azərbaycan, Ermənistan, Gürcüstan) mexanizmindən istifadə etmək lazımdır", - iranlı nazir bildirib.

 

"Regional təhlükəsizlik digər məsələlərlə, o cümlədən bütün regionun iqtisadi vəziyyətinin çiçəklənməsi ilə sıx bağlıdır", - Abdullahian əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI