Modern.az

Paşinyanın müavini avropalı diplomatlarla görüşdü

Paşinyanın müavini avropalı diplomatlarla görüşdü

29 Mart 2023, 16:42

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri səfir Andrea Viktorin və Aİ nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Frank Hess ilə işgüzar görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Bildirilib ki, Nikol Paşinyanın müavini qonaqları salamlayaraq, Aİ-nin iqtisadi və investisiya planı çərçivəsində Ermənistan hökumətinin həyata keçirdiyi proqramları təqdim edib.

 

Xaçatryan Aİ ilə qurulmuş sıx əməkdaşlığı yüksək qiymətləndirib və ittifaq ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI