Modern.az

Sirus Təbrizli: ““Etibar Məmmədov Heydər Əliyevin hakimiyyətə gəlməsində çox mühüm rol oynadı” - MÖVQE

Sirus Təbrizli: ““Etibar Məmmədov Heydər Əliyevin hakimiyyətə gəlməsində çox mühüm rol oynadı” - MÖVQE

15 İyun 2013, 10:32

“Etibar Məmmədovun özü də, bir çox AMİP-çilər də Heydər Əliyevin hakimiyyətə gəlməsində çox mühüm rol oynadılar”.
Modern.az bildirir ki, bu sözləri “Yeni Musavat” qəzetinə müsahibəsində YAP qurucularından olan Sirus Təbrizli 15 iyun Qurtuluş günü ilə bağlı danışarkən deyib.

  “O dövrdə Etibar Məmmədovdan güclü siyasətçi yox idi. Mən bu gün Etibarla münasibətdəyəm, çox şeyləri ondan öyrənirəm, dünyanı gəzib, görüb, çox püxtələşib”-deyən S.Təbrizili bir sıra maraqlı detallara toxunub.    

“İndi Etibara sual verirəm ki, Heydər Əliyev olmasaydı, sən həmin dövrdə ən güclü partiyanın sədri kimi hakimiyyət gəlib bu işlərin öhdəsindən gələ bilərdin?  Deyir, “yox”. Bunu ziyalı adam olan, mitinq pafosu ilə yaşamayan Etibar Məmmədov deyir. O, çox püxtələşib, bu gün də ondan istifadə etmək olar, nə olsun müxalifətdə olub... Əsl siyasətçi vəziyyəti düzgün qiymətləndirməyi bacarmalıdır. Çünki o, ziyalı adamdır”.    

S.Təbrizli qeyd edib ki, Heydər Əliyevə kömək edənlər arasında Nemət Pənahlının da çox böyük rolu olub.  

“O vaxt da Heydər Əliyevə deyirdim ki, şərait yarat, bu insanlar namizədliklərini versinlər, lap Bakı şəhər merini seçilsinlər. Əgər biz buna şərait yaratmırıqsa, onlar da prezident seçkilərini gözləyirlər. Hamı gözünü o yerə dikib. Amma biz şərait yaratsaq, Əli Kərimli gedib bir rayonda vali olsa, yaxşı olarsa da, bu iqtidarın xeyrinədir, pis işləsə də. Pis olacaqsa, deyəcəklər bu bir rayonu idarə edə bilmədi, ölkəni necə idarə edəcək? Təbii ki, əxlaqsız kommunist rejiminin təfəkkürü ilə düşünən adamlarla mənim düşüncəm eyni ola bilməz. Mənim oturub-durduğum insanlar olub. Nə Xudu Məmmədov, nə Azad Mirzəzadə, nə Xəlil Rza, nə Ziya Bünyadov, nə Sabir Əhmədov həmin təfəkkürü qəbul etməyib. Mənim bu dairəm olub və onlarla ləzzət almışam. Həmin Sabir Əhmədov-hansı ki, Heydər Əliyevi tənqid etmişdi-amma Heydər Əliyev gəldi, ona prezident təqaüdü verdi, İlham Əliyevin vaxtında Sabir Əhmədova ev verdilər. AXC heç ev tikə bilirdi ki? 5 manat pul qazandılar ki, kiməsə təqaüd versinlər? Bunlar da axı insandırlar”.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama