Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Aleksandr Sergeyeviç Puşkini əsir götürüb.
Modern.az-ın "Unian"a istinadən verdiyi xəbərə görə, əslən Xabarovskdan olan Puşkin bildirib ki, xeyli döyüşçünün arasında əsir götürüldüyü anı yaxşı xatırlayır.
Onun sözlərinə görə, döyüş yoldaşlarından iki nəfər qaça bilib. Puşkin isə özünü vurmaq istəməyib və əmrləri yerinə yetirməkdən imtina edərək cəza batalyonuna göndərilib.
"İki gün döyüşdüm və əsir düşdüm", - deyə rus ədəbiyyatının görkəmli nümayəndəsi ilə eyniadlı şəxs deyib.