Modern.az

Qriqoryan Latviyada Laçın dəhlizindən DANIŞDI

Qriqoryan Latviyada Laçın dəhlizindən DANIŞDI

29 Mart 2023, 17:00

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Latviyaya işgüzar səfərə gedib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Latviya Prezident Aparatının rəhbəri Andris Teykmanis, prezidentin milli təhlükəsizlik müşaviri Yanis Kajoçniş, xarici işlər nazirinin müavini İnqrida Levren və baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Maaris Çepuritis ilə görüşüb.

 

Bildirilib ki, Qriqoryan həmsöhbətləri ilə Laçın dəhlizindəki situasiyadan, Qarabağ məsələsindən, Ermənistandakı təhlükəsizlik çağırışlarından danışıb, eskalasiya ehtimalı ilə bağlı narahat olduğunu diqqətə çatdırıb.

 

Qeyd olunub ki, Latviya rəsmiləri təhlükəsizlik və Avropa İttifaqı missiyasının gücləndirilməsi məsələlərində Ermənistanı dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI