Modern.az

İranda prezident seçkisinin ilkin nəticələri açıqlanıb: Xamneyinin namizədi irəlidədir- SİYAHI

İranda prezident seçkisinin ilkin nəticələri açıqlanıb: Xamneyinin namizədi irəlidədir- SİYAHI

15 İyun 2013, 10:44


İranda iyunun 14-də keçirilmiş prezident seçkilərinin nəticələrini bu ölkənin Daxili İşlər Nazirliyi açıqlayacaq. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, 6 namizədin mübarizə apardığı seçkilərin (Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayəti) ilkin nəticələri açıqlanıb. İslahatçı namizəd Həsən Ruhani siyahıya liderlik edir. Yayılan ilkin nəticələrə görə o, 3219322 səslə birinciliyi ələ alıb. Bu barədə İran mediası məlumat yayıb. Ruhanidən sonra siyahı belədir:  

Məhəmmədbaqir Qalibaf :                1,095,671

 Səid Cəlili :                                     868,301

 Möhsün Rzayi                               708,941

 Əli Əkbər Vilayəti                                412,941 

 Seyyid Məhəmməd Qərəzi                   82,141.

Xatırladaq ki, bu 6,387,317 seçicinin səsinin göstəricisidir. Ümumilikdə ölkə üzrə 50,5 milyon İran əhalisinin səsvermədə iştirak etmək hüququ var.

 

Aqşin KƏRİMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama