Fransanın paytaxtında pensiya islahatlarına etiraz edən nümayişçilərlə toqquşmalarda 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə Paris polis departmenti məlumat yayıb.
“78 nəfər saxlanılıb, 5 nəfər cərimələnib, 53 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. 11 nümayişçi xəstəxanaya aparılıb, xilasedicilər 12 nəfərə yerindəcə kömək edib”, - məlumatda deyilir.
Qeyd edək ki, Fransada pensiya yaşının artırılmasına etiraz olaraq aksiyalar keçirilir. Dünən keçirilən aksiyada 1 milyona yaxın şəxs iştirak edib.