Modern.az

Kral ilk xarici səfərini Almaniyaya etdi

Kral ilk xarici səfərini Almaniyaya etdi

29 Mart 2023, 17:40

Böyük Britaniya kralı III Çarlz Almaniyaya səfər edib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu, onun hakimiyyətə gəldikdən sonra ilk xarici səfəridir.

 

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Brandenburq darvazası önündə Çarlz və həyat yoldaşı Consort Kamillanı qarşılayıb.

 

Almaniyaya üç günlük səfəri çərçivəsində Çarlz görüşlər zamanı Ukrayna böhranını da müzakirə edəcək.

 

Qeyd edək ki, kral Fransaya səfər etməli idi. Ölkədə keçirilən genişmiqyaslı etiraz aksiyaları səbəbindən səfər təxirə salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI