Modern.az

3379 nəfər namizəd olmaq istəyir - Akşener

3379 nəfər namizəd olmaq istəyir - Akşener

Dünya

29 Mart 2023, 17:57

Türkiyədə müxalifətin "Millət İttifaqı"nın üzvü olan İYİ Partiyanın sədri Meral Akşener seçkilər barədə danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

O bildirib ki, 3379 nəfər partiyanın proporsional siyahısından deputatlığa namizəd olmaq üçün müraciət edərək istəyini açıqlayıb.

 

"Onlardan 32 faizi qadın, 21 faizi isə gəncdir", - deyə Akşener vurğulayıb. İYİ Partiyanın sədri namizədlərini tərəfdarlarının rəyini öyrəndikdən sonra müəyyən edəcəklərini söyləyib.

 

Qeyd edək ki, Türkiyədə 14 mayda həm parlament, həm də prezident seçkiləri keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI