Modern.az

Əməyin mühafizəsi haqqında qanun hazırlanır

Əməyin mühafizəsi haqqında qanun hazırlanır

Aktual

29 Mart 2023, 18:15

"Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

 

Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial- iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu