Modern.az

BƏƏ lideri oğluna və qardaşlarına yüksək vəzifə verdi

BƏƏ lideri oğluna və qardaşlarına yüksək vəzifə verdi

Dünya

29 Mart 2023, 23:22

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan böyük oğlu Şeyx Xalidə yüksək vəzifə verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mediaya istinadən məlumat yayıb.

 

Prezidentin sərəncamı ilə Şeyx Xalid Körfəz dövlətinin paytaxtı Əbu-Dabinin vəliəhd şahzadəsi təyin edilib. Əl Nəhyan qardaşı Şeyx Mənsur bin Zayed Əl Nəhyanı isə vitse-prezident postuna gətirib.

 

O, digər qardaşları Şeyx Təhnun bin Zayed Əl Nəhyan və Həzza bin Zayed Əl Nəhyanı Əbu-Dabi şeyxinin  müavini təyin edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?