Modern.az

Paşinyan Baydenin bəyannaməsini dəstəkləmədi

Paşinyan Baydenin bəyannaməsini dəstəkləmədi

30 Mart 2023, 00:21

Ermənistan “Demokratiya Sammiti”nin yekun bəyannaməsini dəstəkləməkdən imtina edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanla yanaşı Hindistan və Meksika da sənədə imza atmayıb.

 

Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir.

 

Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin rəhbərliyi ilə demokratiya sammiti keçirilib. Sammitdə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI