Modern.az

Tədiyə balansının qalığı 3 dəfə artıb

Tədiyə balansının qalığı 3 dəfə artıb

İqtisadiyyat

30 Mart 2023, 11:35

2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı 9 milyard 375,1 milyon ABŞ dolları təşkil edib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.

 

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 23 milyard 478,1 milyon ABŞ dollarlıq qalıq (1 il əvvələ nisbətən 2,8 dəfə çox), maliyyə hesabındakı 12 milyard 485,2 milyon ABŞ dollarlıq kəsir (2,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 1 milyard 617,8 milyon ABŞ dollarlıq kəsir (10,5 dəfə çox) hesabına formalaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama