Modern.az

Ermənistanda bayrağa görə cəzalar sərtləşdirilir

Ermənistanda bayrağa görə cəzalar sərtləşdirilir

30 Mart 2023, 13:18

Ermənistanda dövlət bayrağına hörmətsizliyə görə hüquqi məsuliyyəti sərtləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bayraqla bağlı tələblər bunlardır: o, təmiz və zədələnməmiş olmalıdır və yerdən 2.5 metr hündürlükdə yerləşməlidir. Bu tələblərin pozulmasına görə təxminən 120 dollar, vəzifəli şəxslər üçün isə 250 dollar məbləğində cərimə nəzərdə tutulur.

 

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, müntəzəm olaraq qaydaları pozan məmurlar işdən azad edilməlidir. Həyətində və ya eyvanında bayraq asmaq qərarına əsasən sadə vətəndaşlar da nəzarətə götürüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI