Modern.az

Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir

Dünya

30 Mart 2023, 16:28

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Lavrovun Türkiyə səfərinin gündəliyində Qarabağ mövzusunun da olacağını vurğulayıb. Bundan başqa, Suriya və Ukrayna məsələləri, eləcə də energetika məsələləri müzakirə olunacaq.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI